SON DƏQİQƏ

DİN-dən əməliyyat: 38 nəfər həbs edildi

Tarix:

8-09-2018, 10:29

/ 10 257 dəfə oxundu.
DİN-dən əməliyyat: 38 nəfər həbs edildi

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında xüsusi məlumat açıqlayıb.

GunAz.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayınması səbəbindən 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ