SON DƏQİQƏ

5 ağacı zədələdi, 1000 manat cərimələndi

Tarix:

24-08-2018, 10:38

/ 10 277 dəfə oxundu.
5 ağacı zədələdi, 1000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən  GunAz.az-a verilən məlumata görə, reyd zamanı  Gəncə şəhər  Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ağaclara aqrotexniki xidmət göstərilməsi məqsədilə  S.Hacıyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ