SON DƏQİQƏ
» » Astarada yüz başdan çox iribuynuzlu heyvan tələf oldu

Astarada yüz başdan çox iribuynuzlu heyvan tələf oldu

Tarix:

21-08-2018, 19:13

/ 10 336 dəfə oxundu.
Astarada yüz başdan çox iribuynuzlu heyvan tələf oldu

Astara rayonunda yüz başdan çox iribuynuzlu heyvan tələf olub.

GunAz.az-ın Report-a istinadən verdiyi məlumatına görə, hadisə avqustun 20-də rayonun Ərçivan qəsəbəsindəki şəxsi təsərrüfatlardan birində qeydə alınıb.

Təsərrüfat sahibi olan Şaban Məmmədov bildirib ki, Astara rayonundakı baytarlıq aptekindən gənə əleyhinə dərman preparatı alıb və təlimata uyğun şəkildə hazırlayaraq istifadə edib: "Heyvanları dərmanladıqdan bir müddət sonra təsərrüfatda olan yüz başdan çox iribuynuzlu heyvan bir-bir tələf olmağa başlayıb". O, dərmanın keyfiyyətində problem olduğunu, heyvanlarının bu səbəbdən tələf olduğunu və ona yüz min manat ziyan dəydiyini iddia edir.

Astara rayon Baytarlıq idarəsindən isə "Report"un yerli bürosuna iddiaların əsassız olduğunu bildirib: "Şaban Məmmədov dərmanı dozadan artıq istifadə edib".

Qeyd edək ki, tələf olan heyvanlardan analiz nümunələri götürülüb. Yekun rəy ekspertizadan sonra məlum olacaq.

скачать dle 12.1

Şərhlər