SON DƏQİQƏ
» » Yol qəzası: İribuynuzlu heyvan daşıyan avtomobil aşıb

Yol qəzası: İribuynuzlu heyvan daşıyan avtomobil aşıb

Tarix:

24-05-2018, 14:06

/ 10 396 dəfə oxundu.
Yol qəzası: İribuynuzlu heyvan daşıyan avtomobil aşıb

Daşkəsəndə iribuynuzlu heyvan daşıyan yük avtomobili dərəyə aşıb.

Gunaz.az xəbər verir ki, hadisə Daşkəsən şəhərindən Xoşbulaq kəndinə gedən yolun Mədəncilər qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı avtomobilin texniki nasazlıq ucbatından idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində Goranboy rayon Yolqulular kənd sakinləri, 1972-ci il təvəllüdlü Sabir Məmmədov və 1962-ci il təvəllüdlü Əirəstun Məmmədov bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti normal, digərinin durumu isə kafi qiymətləndirilir.
 

Məlumata görə, Goranboy sakinləri heyvanları yaylağa aparırmışlar. Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ