SON DƏQİQƏ

Azərbaycanlı uşaq Antalyada öldü

Tarix:

13-08-2018, 16:39

/ 10 533 dəfə oxundu.
Azərbaycanlı uşaq Antalyada öldü

Ötən gün Antalyanın Manavgat bölgəsində ailəsi ilə birgə istirahətə gəlmiş azərbaycanlı uşaq, 10 yaşlı Ayxan Zamanov hotelin hovuzunda boğularaq ölüb.

GunAz.az  Huriyyet-ə istinadən xəbər verir ki, ailə dünən yerli vaxtla saat 14:00 radələrində beş ulduzlu hoteldə yerləşib.

Ailəsi otaqda istirahət edən zaman Ayxan Zamanov yerli vaxtla saat 17:00 radələrində üzmək üçün hovuza girib.

Bir qədər hovuzda üzən uşaq çırpınmağa başlayarkən, ətrafdakı insanlar tərəfindən sudan çıxarılıb.

Hotel əməkdaşlarının ilk tibbi yardımından sonra hadisə barədə təcili tibbi yardıma xəbər verilib. 

Bildirilir ki, Serik Dövlət Xəstəxanasına aparılan yeniyetmə yolda keçinib. 

Uşağın bədəni ekspertiza üçün Antalyaya göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ