SON DƏQİQƏ
» » Nazirlik vəhşi quşu tutan şəxsi cərimələdi

Nazirlik vəhşi quşu tutan şəxsi cərimələdi

Tarix:

13-08-2018, 11:16

/ 10 285 dəfə oxundu.
Nazirlik vəhşi quşu tutan şəxsi cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçiriblər.

Bu barədə  GunAz.az  -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan Qara çalağan quşu aşkar edilib.

Faktla bağlı E.Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Qara çalağan quşu götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ