SON DƏQİQƏ

Bu quşları vuranlar cərimələndi - Foto

Tarix:

3-08-2017, 17:26

/ 2 376 dəfə oxundu.
Bu quşları vuranlar cərimələndi - Foto

Vəhşi quşları qanunsuz olaraq saxlayan şəxslər cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  GUNAZ.az-a verilən məlumata görə, nazirlik əməkdaşları respublika ərazisində növbəti reyd keçirilib.
Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı "Sevinc” kafesində qəfəsdə 2 şahin və 1 qırqovul quşlarının saxlanıldığı aşkar edilib. Araşdırma zamanı quşların vəhşi təbiətdən qanunsuz götürülərək saxlanıldığı məlum olub. Faktla bağlı kafenin inzibatçısı Hafiz Behdiyev barəsində protokol tərtib edilib.
İnzibati xəta törətdiyinə görə H.Behdiyev 500 manat məbləğində cərimə olunub və quşlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ