SON DƏQİQƏ
» » Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Tarix:

8-08-2018, 19:47

/ 10 308 dəfə oxundu.
Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.

Daxili İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, hadisə yerində Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında iştirak ediblər.

Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

скачать dle 12.1

Şərhlər