SON DƏQİQƏ

Xəstəxanada YANĞIN

Tarix:

8-08-2018, 11:31

/ 10 251 dəfə oxundu.
Xəstəxanada YANĞIN

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğının təfərrüatı məlum olub.

GunAz.az xəbər verir ki, yanğın hadisəsi avqustun 7-dən 8-ə keçən gecə, saat 2 radələrində xəstəxananın Rentgen otağında qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 36 kvadratmetr olan otaq və avadanlıq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olub. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın spöndürülüb və genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəstəxana əməkdaşları və xəstələr təhlükəsiz təxliyyə ediliblər. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

скачать dle 12.1

Şərhlər