SON DƏQİQƏ
» » Polis əlində oyuncaq silah olan daun sindromlu gənci öldürdü

Polis əlində oyuncaq silah olan daun sindromlu gənci öldürdü

Tarix:

3-08-2018, 09:12

/ 10 245 dəfə oxundu.
Polis əlində oyuncaq silah olan daun sindromlu gənci öldürdü

İsveçin paytaxtı Stokholmda əlində oyuncaq silahla evdən qaçan 20 yaşlı Erik Torel öldürülüb.

GunAz.az Axar.az-a istinadən xəbər verir ki, daun sindromlu gəncin polis tərəfindən vurulduğu bildirilib.

Gəncin atası Riçard Torel oğlunun gecə yarısı evdən qaçdığını və bu səbəbdən polisdən yardım istədiyini söyləyib. Ancaq Torel polisin oğlunun əlindəki oyuncaq silaha görə 3 dəfə atəş açdığını və onu öldürdüyünü qeyd edib:

"Oğlum ancaq "ana" deyə bilirdi. İlk dəfə ona oyuncaq silah aldılar, bu isə onun sonu oldu".

Prokuror Martin Tiden gənci vuran polis barəsində cinayət işinin açıldığını, ancaq sözügedən polisin də uşaqdan şikayətçi olduğunu bildirib.

скачать dle 12.1

Şərhlər