SON DƏQİQƏ

Ağsu dolaylarında yenidən yanğın başladı

Tarix:

2-08-2018, 20:59

/ 10 313 dəfə oxundu.
Ağsu dolaylarında yenidən yanğın başladı

Ağsu dolaylarında yenidən yanğın başlayıb.

GunAz.az-ın xəbərinə görə, bu barədə “Trend”ə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, gecə yanğın baş vermiş meşəlik ərazidə yenidən alovlanma başlayıb: 

“Gecə başlayan yanğın günorta saatlarında söndürülmüşdü. İndi yenidən başlayıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür”.

скачать dle 12.1

Şərhlər