SON DƏQİQƏ
» » İranda yol qəzasında 3 Azərbaycan vətəndaşı öldü

İranda yol qəzasında 3 Azərbaycan vətəndaşı öldü

Tarix:

1-08-2018, 08:11

/ 10 293 dəfə oxundu.
İranda yol qəzasında 3 Azərbaycan vətəndaşı öldü

İranın Ərdəbil əyalətinin şimalında Parsabad – Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.

GunAz.az APA-ya istinadən xəbər verir ki, avqustun 31-də günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirb ki, “Peugeot” markalı minik avtomobili ilə Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub. “Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır.”

Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan 3 nəfər Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alırlar. Vəziyyətləri qənaətbəxşdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ