SON DƏQİQƏ
» » Oğuzda "VAZ" motosikletlə toqquşub, xəsarət alan var

Oğuzda "VAZ" motosikletlə toqquşub, xəsarət alan var

Tarix:

27-04-2018, 09:00

/ 10 341 dəfə oxundu.
Oğuzda "VAZ" motosikletlə toqquşub, xəsarət alan var

Oğuzda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər xəsarət alıb.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 26-sı axşam saatlarında rayonun Yemişanlı kəndində baş verib.  Rayonun Padar kənd sakini, 1964-cü il təvəllüdlü Nasim Kamil oğlu Səmədovun idarə etdiyi qoşqulu motosiklet hələ ki şəxsiyyəti məlum olmayan  sürücünün idarə etdiyi “VAZ 21074” markalı 10 SL 827 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəzadan sonra VAZ 21074 markalı avtomobilin sürücüsü xəsarət almasa da, motosikletin sürücüsü Nasim Səmədov Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Oğuz MRX-dan verilən məlumata görə, Nasim Səmədova lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicə edilmək üçün Şəki MRX-a göndərilib.

Şəki MRX-dan verilən məlumata görə, Nasim Səmədova xayaların cırılması dioqnozu qoyulub, hazırda onun üzərində cərrahiyə əməliyyatı aparılır.

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ