SON DƏQİQƏ

Canavarlar kəndə HÜCUM ETDİ

Tarix:

27-07-2018, 14:46

/ 10 295 dəfə oxundu.
Canavarlar kəndə HÜCUM ETDİ

Ucar rayonunda canavarlar kəndə hücum edib.

GunAz.az  xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.

Kənd sakini Zöhrab Pənah oğlu Nəsurovun həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında canavarlar hücum edib. Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb və 15 başa yaxşın qoyunu isə yaralayıb.

Rayon Baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardımlar göstəriblər.

Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ