SON DƏQİQƏ
» » Qaxda canavarlar fermaya hücum etdi — 37 qoyunu parçaladılar

Qaxda canavarlar fermaya hücum etdi — 37 qoyunu parçaladılar

Tarix:

22-01-2018, 15:54

/ 918 dəfə oxundu.
Qaxda canavarlar fermaya hücum etdi — 37 qoyunu parçaladılar

Qaxda canavarlar fermaya hücum edərək, sahibkara məxsus xeyli sayda xırdabuynuzlu heyvanı parçalayıb.

Gunaz.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Şotavar kəndində sürü halında olan canavarlar gecə saatlarında Bayram Salavat oğlu Nadirova məxsus qoyunların saxlandığı dama hücum edib. Yırtıcılar 60 baş qoyundan 26-nı öldürüb, 14-nü yaralayıb.

Hadisə ilə bağlı Qax rayon Baytarlıq İdarəsinə xəbər edilib. İdarənin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər, ərazidə dezinfeksiya işləri aparılıb.

Canavarların parçaladığı 14 qoyundan 11-i ölən heyvanlarla birlikdə quyuda basdırılıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ