SON DƏQİQƏ

Sərhədi pozan iranlılar saxlanıldı - FOTOLAR

Tarix:

26-07-2018, 12:57

/ 10 241 dəfə oxundu.
Sərhədi pozan iranlılar saxlanıldı - FOTOLAR

Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən GunAz.az-a verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin "Yamaha-200” mühərrikli "Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb. Saxlanılmış qayığa və qayıqda olan İran və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sərhədi pozan iranlılar saxlanıldı - FOTOLAR

 

Sərhədi pozan iranlılar saxlanıldı - FOTOLAR

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ