SON DƏQİQƏ

Zaqatalada kafedə ər arvadını bıçaqladı

Tarix:

2-07-2018, 08:47

/ 10 510 dəfə oxundu.
Zaqatalada kafedə ər arvadını bıçaqladı

Zaqatalada ər arvadını bıçaqlayıb.

GunAz.az xəbər verir ki, dünən axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.

Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir-neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ