SON DƏQİQƏ
» » Sabirabadda yol qəzasında xəsarət alan polis zabiti xəstəxanada ölü

Sabirabadda yol qəzasında xəsarət alan polis zabiti xəstəxanada ölü

Tarix:

5-03-2018, 08:19

/ 10 351 dəfə oxundu.
Sabirabadda yol qəzasında xəsarət alan polis zabiti xəstəxanada ölü

Sabirabadda avtoqəzada xəsarət alan 25 yaşlı polis zabiti xəstəxanada vəfat edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 2-də Hacıqabul-Bəhrəmtəpə magistralının 42-ci kilometrliyində, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində “Nissan” , “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü martın 4-də paytaxt xəstəxanalarından birində vəfat edib.

 

Qeyd edilir ki, vəfat edən Qaratəpə kənd sakini, 1993-cü il təvəllüdlü polis baş leytenantı Yusif Vəli oğlu Hüseynov Sabirabad rayon Polis Şöbəsinin əməliyyatçısı olub. Əvvəlcə Sabirabad rayon xəstəxanasına yerləşdirlən polis zabiti vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb.

 

Avtoqəzada “Nissan” markalı avtomobilin sürücüsü, Qalağayın kənd sakini, 1984-cü il təvəllüdlü Elşən Eyvaz oğlu Hüseynov və sərnişinlər-rayon sakini Nicat Ramiz oğlu Quliyev və Türkədi kənd sakini, 1994-cü il təvəllüdlü Vəlixan İdman oğlu Dadaşov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ