SON DƏQİQƏ

Axtarışda olan 42 nəfər tutulub

Tarix:

28-06-2018, 11:10

/ 10 239 dəfə oxundu.
Axtarışda olan 42 nəfər tutulub

İyunun 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ