SON DƏQİQƏ
» » Körpə dayısının “KamAZ”ı altında can verdi – Salyanda

Körpə dayısının “KamAZ”ı altında can verdi – Salyanda

Tarix:

25-06-2018, 18:51

/ 10 378 dəfə oxundu.
Körpə dayısının “KamAZ”ı altında can verdi – Salyanda

Salyan rayon sakini “KamAZ”la bacısının və onun dörd yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.

Dörd yaşlı Əli Məmmədov “KamAZ” kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb.

Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu “KamAZ”ın altında qalıb. Hadisə zamanı dörd yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, G.Məmmədova “KamAZ”ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır.

Faktla bağlı araşdırma aparılır.//Report.az

скачать dle 12.1

Şərhlər