Salyanda avtomobil piyadanı vurub.
Gunaz.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini 2000-ci il t Qurbanov Məhəmməd Ziyafət oğlu yolu keçərkən “Ford Transit” markalı mikroavtobus onu vurub.
Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.
Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.