SON DƏQİQƏ
» » Heç bir əşya çıxarmaq mümkün olmadı-GÜCLÜ YANĞIN

Heç bir əşya çıxarmaq mümkün olmadı-GÜCLÜ YANĞIN

Tarix:

7-06-2018, 08:21

/ 10 237 dəfə oxundu.
Heç bir əşya çıxarmaq mümkün olmadı-GÜCLÜ YANĞIN

Masallıda 3 otaqlı yaşayış evi yanıb.

Hadisə rayonun Mollahəsənli kəndində, 1975-ci il təvəllüdlü Sakit Təvəkkül oğlu İbrahimova məxsus evdə baş verib.

Kənd sakinlərinin sözlərinə görə, yanğın anidən baş verib və tez bir zamanda bütün evi əhatə edib. Yanğın zamanı evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər