SON DƏQİQƏ

Qaxda güclü zəlzələ: yaralılar var

Tarix:

6-06-2018, 18:02

/ 10 466 dəfə oxundu.
Qaxda güclü zəlzələ: yaralılar var

Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib.

Report-un məlumatına görə, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax şəhər sakini, 2014-cü il təvəllüdlü Güllər Səbuhi qızı Durmuşzadə zəlzələ zamanı evdə yıxılaraq ayağını sındırıb. 14 yaşlı qızın ayağına gips qoyulub və evə buraxılıb. Digər yaralılar isə rayonun Tasmalı kənd sakinləri olub. 1977-ci il təvəllüdlü Vüsalə Musa qızı Musayeva sol bazunun, həmkəndlisi 1958-ci il təvəllüdlü Rafiq Cuma oğlu Kazımov isə sağ bazunun sınığı diaqnozu ilə xəstəxanaya daxil olublar. 60 yaşlı Rafiq Kazımovun ayağında qəlpəli sınıq olduğundan müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ