SON DƏQİQƏ

Silsilə oğurluqlar edən şəxslər tutuldu

Tarix:

4-06-2018, 12:25

/ 10 351 dəfə oxundu.
Silsilə oğurluqlar edən şəxslər tutuldu

Sumqayıtda silsilə mənzil oğurluğu törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

скачать dle 12.1

Şərhlər