SON DƏQİQƏ

Silsilə oğurluqlar edən iki şəxs tutulub

Tarix:

7-03-2018, 15:27

/ 10 308 dəfə oxundu.
Silsilə oğurluqlar edən iki şəxs tutulub

Sumqayıtda silsilə oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

DİN-dən Gunaz.az -a verilən məlumata görə, H.Z.Tağıyev qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Bəhlul Cəbiyev və Elxan Quliyev Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Onlar ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə şəhər ərazisində ümumilikdə 7 həyətyanı sahədən, 3 avtomobildən pul, ev quşu və məişət əşyaları, qaz sayğacı, təmir-tikinti alətləri, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ