SON DƏQİQƏ
» » Atası oğlunun qatilinə ömürlük həbs istədi

Atası oğlunun qatilinə ömürlük həbs istədi

Tarix:

29-05-2018, 16:00

/ 10 326 dəfə oxundu.
Atası oğlunun qatilinə ömürlük həbs istədi

Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gunaz.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Rəşad Həsənovun 18 il , Aftandil Məmmədovun isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra çıxış edən mərhum Samir Mehdiyevin hüquqi varisi, atası Asim Mehdiyev çıxış edib. O, təqsirləndirilən şəxslərə ömürlük həbs cəzasının verilməsini tələb edib.

Daha sonra Rəşad Həsnovun vəkili Osman Kazımov çıxış edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Növbəti proses iyunun 5-də davam edəcək.

İttihama görə, hadisə ötən il iyulun 3-də Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

Qətli törədən Bakı sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Tələbəni öldürən hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşadıqları məlum olub.

Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov tikinti materialları oğurluğuna gəliblər. Samir Mehdiyev oğurluğun qarşısını almaq istəyib.

Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ