SON DƏQİQƏ
» » Bərdədə sərnişin qatarı traktorla toqquşub. - Xəsarət alan var

Bərdədə sərnişin qatarı traktorla toqquşub. - Xəsarət alan var

Tarix:

16-05-2018, 07:05

/ 10 269 dəfə oxundu.
Bərdədə sərnişin qatarı traktorla toqquşub. - Xəsarət alan var

 

Hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb.

Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyi zaman baş verib. Nəticədə sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Belarus" markalı traktorla toqquşub.

Hadisə zamanı traktorun sürücüsü hər iki ayağını itirib. Qeyd edək ki, sürücünün şəxsiyyəti hələlik məlum deyil. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz yerə çəkilib, onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir. (report)

скачать dle 12.1

Şərhlər