SON DƏQİQƏ

Bank hesabından oğurluq edən qadın tutulub

Tarix:

14-05-2018, 13:17

/ 10 270 dəfə oxundu.
Bank hesabından oğurluq edən qadın tutulub

Fevralın 24-də Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G. Əliyeva həmin gün sərnişini olduğu xətt avtobuslarının birində içərisində 120 manat, evinin açarları və sənədləri olan çantasını unutduğunu, az sonra mobil telefonuna bank hesabından 229 manatının çıxarılması barədə mesaj gəldiyini bildirib. 

 

DİN-dən Gunaz.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. G. Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R. Nəbiyeva müəyyən edilərək Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunmuş kod vasitəsilə G. Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb. 

 

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ