SON DƏQİQƏ

Ağcabədidə ev və minik avtomobili yandı

Tarix:

9-05-2018, 18:21

/ 10 458 dəfə oxundu.
Ağcabədidə ev və minik avtomobili yandı

Ağcabədinin Qaravəlli kəndində yanğın baş verib.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 36 kv.m sahədə, dam örtüyü 50 kv.m sahədə, bitişik tikilmiş ümumi sahəsi 45 kv.m olan talvarın yanar konstruksiyaları və həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin ön hissəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ