SON DƏQİQƏ
» » Azərbaycanda əməliyyat - Polis yaralandı, vəziyyəti kafidir

Azərbaycanda əməliyyat - Polis yaralandı, vəziyyəti kafidir

Tarix:

9-05-2018, 11:06

/ 10 390 dəfə oxundu.
Azərbaycanda əməliyyat - Polis yaralandı, vəziyyəti kafidir

Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.
Gunaz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.

Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ