SON DƏQİQƏ

Avtomobildə heroin aşkarlandı

Tarix:

9-04-2018, 12:41

/ 10 228 dəfə oxundu.
Avtomobildə heroin aşkarlandı

Aprelin 7-də daxil olmuş məlumat əsasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindəki postda "VAZ-2107” markalı avtomobil saxlanılıb.

DİN-dən Gunaz.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı avtomobildən heroinə bənzər maddə aşkar edildiyindən sürücü, Biləsuvar rayon sakini Cavan Xıdırlı və sərnişini Elbir Həbiyev nəqliyyat vasitəsi ilə birgə Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.

Ekspertizaya təqdim olunan E.Həbiyevə məxsus həmin maddənin çəkisi 435 qram heroin olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ