SON DƏQİQƏ

Basqınçılardan qorxunc cinayət

Tarix:

11-03-2018, 16:42

/ 10 364 dəfə oxundu.
Basqınçılardan qorxunc cinayət

Abşeron rayonunda tənha yaşayan qadının evinə basqın etməkdə şübhəli bilinən dostların daha bir quldurluq və oğurluq cinayətləri üzə çıxıb.

ONN media xəbər verir ki, Elnur Axundov və Rafiq Ağayevin ətrasında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Məlum olub ki, onlar martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstəriblər.

Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Qeyd edək ki, Elnur Axundov və Rafiq Ağayev martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanılblar. Elnur Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.

İttihama görə, Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə Elnur Axundov və Rafiq Ağayev üzlərinə maska geyinərək basqın ediblər.

Qadının evdə tək olmasından istifadə edən həmin şəxslər ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.

Onlar zor tətbiq etməklə Könül Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.

Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən naməlum şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər