SON DƏQİQƏ

Evə silahlı basqın edən şəxslər tutulub

Tarix:

8-03-2018, 13:10

/ 10 472 dəfə oxundu.
Evə silahlı basqın edən şəxslər  tutulub

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə silahlı basqın edən şəxslər saxlanılıb.

Gunaz.az -a Abşeron RPİ-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən iki nəfər - 1981-ci il təvəllüdlü Rafiq İlham oğlu Ağayev və 1987-ci il təvəllüdlü Elnur Elbrus oğlu Axundov ötən gecə saxlanılıblar.

Xatırladaq ki, hadisə mart ayının 2-də Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb. Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ