SON DƏQİQƏ
» » ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır - Terror təhlükəsi

ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır - Terror təhlükəsi

Tarix:

5-03-2018, 07:53

/ 10 321 dəfə oxundu.
ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır - Terror təhlükəsi

Amerikanın Ankaradakı səfirliyi bu gün öz iş rejimini dayandıracaq. Bütün gün ərzində ABŞ diplomatları yalnız fövqaladə vəziyyətdə kömək göstərəcəklər. 

Musavat.com bildirir ki, məsələ ilə əlaqədar Reuters agentliyi diplomatik missiyadakı mənbələrinə istinadən xəbər yayıb. Bundan başqa, səfirliyin əməkdaşları Türkiyədə olan ABŞ vətəndaşlarını ənənəvi olaraq insanların kütləvi surətdə yığışdığı yerlərə getməkdən çəkinməyə çağırıb. Diplomatlar qeyd edib ki, səfirlik işini bərpa edən kimi bu barədə xüsusi məlumat verəcək. Xəbərdə təhlükənin xarakteri və dərəcəsi barədə heç bir məlumat yoxdur. 

Qeyd olunur ki, ABŞ səfirliyinin bəzən bu cür bəyanatları fəlakətli bir hadisənin öncəsində verilir və heç də əsassız olmur. 
Belə ki, bu il yanvarın 18-də ABŞ-ın Əfqanıstandakı səfirliyi də bənzər bəyanatla çıxış edərək, silahlı terrorçuların Əfqanıstan paytaxtındakı otellərə hücum edəcəyi barədə xəbərdarlıq etmişdi. Məlumat ABŞ səfirliyinin rəsmi saytında da yerləşdirilmişdi. 

Cəmi 2 gün sonra 4 silahlı terrorçu Kabildə yerləşən və xarici vətəndaşların qaldığı “İntercontinental” otelində əsl qırğın törətdilər. Həmin vaxt burada kompüter texnologiyaları üzrə ekspertlərin konfransı keçirilirmiş. İştirakçılar arasında yüksək rütbəl hökumət nümayəndələri olubmuş. 

Hücum nəticəsində azı 40 insan həlak olub. ABŞ Dövlət departamentinin sözçüsü Hizer Noyert 4 amerikalının da həlak olanların arasında olduğunu bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ