Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında şəhid olan türk əsgərlərinin sayı 7 nəfərə çatıb.
Gunaz.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, əsgərlərdən 2-i helikopterin vurulması nəticəsində şəhid olub. Bundan əlavə, Silahlı Qüvvələrdən verilən digər məlumata görə, daha 5 əsgər şəhid olub.
Əməliyyat zamanı yaralanan hərbçilərin də sayı artıb. Belə ki, son məlumatlara görə, hərbi əməliyyatlarda daha 9 türk əsgəri yaralanıb.
Hərbi əməliyyatlar zamanı 26 terrorçu zərərsizləşdirilib.