SON DƏQİQƏ

Bakıda yük maşını qəza törətdi

Tarix:

30-12-2017, 15:30

/ 549 dəfə oxundu.
Bakıda yük maşını qəza törətdi

Bakıda iki avtomobil toqquşub.

Gunaz.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Salyan şosesində baş verib. Həmin yolda hərəkətdə olan "İsuzu" markalı yük maşını idarəetməni itirərək qarşı tərəflə hərəkət edən "Chevrolet" markalı avtomobilin yoluna çıxıb. Nəticədə "İsuzu" markalı maşın aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidə bir müddət tıxac müşahidə olunub. Hadisə yerinə yol polisləri cəlb edilib və yaranmış tıxac aradan qaldırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ