SON DƏQİQƏ

Tanınmış aktyor qəzaya düşdü

Tarix:

14-12-2017, 08:15

/ 1 187 dəfə oxundu.
Tanınmış aktyor qəzaya düşdü

Türkiyəli aktyor Yağmur Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub.

Gunaz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, zərbənin təsirindən aktyorun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.

Y.Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Digər sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra açıqlama verən aktyor yoldan şikayətlənib:

“Mən neçə dəfə bu yolla bağlı lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ