SON DƏQİQƏ
» » AAAF Park-da güclü yanğın — Sakinlər təxliyyə edildi - VİDEO

AAAF Park-da güclü yanğın — Sakinlər təxliyyə edildi - VİDEO

Tarix:

7-12-2017, 12:59

/ 1 339 dəfə oxundu.
AAAF Park-da güclü yanğın — Sakinlər təxliyyə edildi - VİDEO

Xırdalanda yaşayış binasında yanğın olub.

Gunaz.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. FHN-dən verilən məlumata görə, elektrik naqillərində baş verən qısaqapanma yanğına səbəb olub. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının qarşısını almaq üçün əraziyə FHN briqadası cəlb edilib. Abşeron polisi FHN briqadası ilə çiyin-çiyinə işləyib. 

İnsanları xilas etmək üçün zəhərli tüstünün içinə girən polislər bir çox uşağın və sakinin həyatını xilas ediblər. Polis əməkdaşları əleyhiqazdan istifadə etmədikləri üçün bir neçəsi zəhərlənib. 30 nəfər bina sakinini təxliyyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

 

скачать dle 12.1

Şərhlər