SON DƏQİQƏ

İstedadlı həmyerlimiz Latviyada vəfat edib

Tarix:

16-11-2017, 18:47

/ 2 437 dəfə oxundu.
İstedadlı həmyerlimiz Latviyada vəfat edib

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri və "Əlillər Dünyası" qəzetinin Baş redaktoru Tahir Xudiyevə ağır itki üz verib. Bacısı oğlu Babayev Faiq Sehri oğlu qəflətən ürəkçatışmazlığından vəfat edib.

         Faiq Babayev 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2005-ci ildə Türk Anadolu Liseyini bitirdikdən sonra Qafqaz Universitetinin Kompüter Mühəndisliyi bölməsinə daxil olur. Universitet birincisi kimi bakalavr təhsilini başa vurduqdan sonra 2009-2012-ci illərdə Faiq həmin universitetin Kompüter Elmləri bölməsində magistr təhsili alıb. Hələ tələbə ikən Azərbaycanı bir çox xarici ölkələrdə beynəlxalq olimpiada və müsabiqələrdə təmsil edərək 1-ci yerlərə layiq görülüb. Ali təhsilini bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyində Baş proqramçı vəzifəsində çalışıb. 2 il idi ki, Faiq Latviyanın paytaxtı Riqa şəhərində dünyanın ən böyük şirkərlərdən biri olan Accenture şirkətində proqramlaşdırma üzrə qrup rəhbəri kimi çox ciddi və mühüm bir vəzifədə çalışırdı. İşlədiyi hər bir müəssisədə kollektivin böyük rəqbətini qazanmışdı. O, Azərbaycanın ən yaxşı İT mütəxəssislərindən biri idi. Gənc yaşlarında Azərbaycanı bir çox ölkələrdə şərəflə təmsil etmiş, dünyanın bir çox aparıcı ölkələrində dəfələrlə seminarlarda iştirak etmiş, maraqlı çıxışları alqışlarla qarşılanmışdır. Üç xarici dildə səlist danışır, məruzələr edirdi. Xarici ölkə mütəxəssisləri də onun çıxışına maraqla qulaq asır, istedadına heyran olurdular. Faiqi tanıyanlar bu fitri istedadlı gəncə böyük ümidlə baxırdılar. O, Qafqaz Universitetini bitirərkən XII Məzun günündə müəllimlər, tələbələr, valideynlər və dostlarının qarşısında söylədiyi nitqində bildirdi ki, xalqımızın və dövlətimizin inkişafı üçün öz töhfəmizi verməliyik. Azərbaycanı dünyanın harasında oluruqsa olaq, ləyaqətlə təmsil etməliyik. Faiq öz qısa və şərəfli həyatında Məzun günündə verdiyi anda sadiq qaldı. Milli ruhlu, vətənpərvər, istedadlı Faiqin ölümü Azərbaycan gəncliyinə böyük itkidir.

         Özündən sonra bir azyaşlı qız övladı qaldı.

         Hələ tələbə olarkən Faiq Babayev "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in İdarə Heyəti  və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyətinin üzvü idi. O, öz sahəsində hər iki təşkilatın işinə bilik və bacarığı ilə dəstək verir, bütün tədbirlərdə yaxından iştirak edirdi.

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB  İdarə Heyəti  və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyətinin üzvləri adından mərhumun dayısı Tahir Xudiyevə, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in həmtəsisçilərindən olan qardaşı Orxan Babayevə, valideynlərinə, qohumlarına və Faiqi sevən bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk.

         Allah rəhmət eləsin!                      

                                                                                   

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər