SON DƏQİQƏ

Gəncədə "Niva" aşıb, xəsarət alanlar var

Tarix:

15-11-2017, 19:46

/ 791 dəfə oxundu.
Gəncədə "Niva" aşıb, xəsarət alanlar var

Gəncə şəhərində yol qəzası baş verib. 
Gunaz.az-ın Report-a istinadən məlumatına görə, "Niva" markalı avtomobil maneəyə çırpılaraq aşıb və yanmağa başlayıb.  
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.  
Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ