SON DƏQİQƏ
» » Şamaxıda yük maşını naxırın üstündən keçdi

Şamaxıda yük maşını naxırın üstündən keçdi

Tarix:

24-10-2017, 14:54

/ 1 783 dəfə oxundu.
Şamaxıda yük maşını naxırın üstündən keçdi

Şamaxı rayonunda iribuynuzlu heyvanların kütləvi tələf olması ilə nəticələnən avtomobil qəzası baş verib.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı-Göylər-Padarçöl yolunda qeydə alınıb.

90-JD-527 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük avtomobili yoldan keçən, Göylər kənd sakinlərinə məxsus 16 baş iribuynuzlu heyvanı vurub. Hadisə zamanı yük avtomobilinin altında qalan inəklərdən 8-i ölüb, 8-i xəsarət alıb. Kəndlilərə ümumilikdə 15 min manat maddi ziyan dəydiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ