
Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb.
Gunaz.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Hadisə ötən gün günorta saatlarında İvan Susanin küçəsində qeydə alınıb. 34 yaşlı azərbaycanlı sinəsindən və sol bud nahiyəsindən azı 5 bıçaq zərbəsi alıb. Yaralı əməliyyat olunub.
Zərərçəkmiş hadisəni törədənlər barədə məlumat verə bilməyib.