Nigeriyada Niger çayının Baqudo kəndi yaxınlığından keçən hissəsində tacirləri daşıyan gəmi batıb.
GUNAZ.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı gəmidə 100-150 arası sərnişinin olduğu ehtimal edilir.
Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin rəsmisi Süleyman Məhəmməd bildirib ki, batan gəmidə ən az 53 nəfər ölüb, 47 nəfər isə xilas edilib.
Sərnişinlərin çoxunun Nigerdən gələn tacirlər olduğu bildirilib.
Qəzanın səbəbləri araşdırılır.