SON DƏQİQƏ
» » Ağdamda bir ailənin 7 üzvü qidadan zəhərlənib

Ağdamda bir ailənin 7 üzvü qidadan zəhərlənib

Tarix:

8-09-2017, 07:46

/ 821 dəfə oxundu.
Ağdamda bir ailənin 7 üzvü qidadan zəhərlənib

Ağdamda bir ailənin 7 üzvü qidadan zəhərlənib.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakinləri 1995 –ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nüranə Üzeyir qızı, 1970 Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı, 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızı ev şəraitində bişirilmiş peraşkidən zəhərlənib.
Zəhərlənənlər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən xəbərə görə, zəhərlənənlərin vəziyyəti orta ağırdır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ