SON DƏQİQƏ
» » Suraxanıda tapılan meyitlə bağlı cinayət işi başlandı

Suraxanıda tapılan meyitlə bağlı cinayət işi başlandı

Tarix:

6-09-2017, 12:17

/ 1 377 dəfə oxundu.
Suraxanıda tapılan meyitlə bağlı cinayət işi başlandı

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.
 Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb. Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. (Trend.az)
GUNAZ.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ