
Bu gün Lerik rayonunda yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq, Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində ilkin tibbi yardım göstərilib. Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.