SON DƏQİQƏ
» » Qadın sürücü 7 yaşlı uşağı maşınla vurdu

Qadın sürücü 7 yaşlı uşağı maşınla vurdu

Tarix:

12-08-2017, 07:39

/ 1 843 dəfə oxundu.
Qadın sürücü 7 yaşlı uşağı maşınla vurdu

GUNAZ.az  xəbər verir ki, hadisə Sabunçu-Maştağa-Kürdəxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, şəxsiyyəti hələlik məlum olmayan qadın sürücü idarə etdiyi nəqliyyat vasitəsilə 2010-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.
Sürücü dərhal yaralını idarə etdiyi nəqliyyat vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və xəstəxanadan uzaqlaşıb. Xəstəxanadan verilən məlumata görə, Murad Cəfərovun vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.  

скачать dle 12.1

Şərhlər