Bakıda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər NazirliyindənGUNAZ.az-a verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi "Mercedes” və Orxan Məmmədovun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.