SON DƏQİQƏ

Astarada AĞIR QƏZA: ölən və yaralanan var

Tarix:

10-08-2017, 09:29

/ 2 742 dəfə oxundu.
Astarada AĞIR QƏZA: ölən və yaralanan var

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astaranın Təngərüd kənd sakini, Xəqan adlı şəxs “VAZ-2106” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə mağazaya, sonra isə ağaca çırpılıb.
Nəticədə, adıçəkilən şəxs hadisə yerində ölüb. Avtomaşında olan digər bir nəfər yüngül xəsarət alıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.
Fakt araşdırılır. (apa)

GUNAZ.azскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ