SON DƏQİQƏ
» » Bakıda daha bir dəhşətli faciə – 2 uşaq öldü, yaralılar var

Bakıda daha bir dəhşətli faciə – 2 uşaq öldü, yaralılar var

Tarix:

9-08-2017, 08:27

/ 4 246 dəfə oxundu.
Bakıda daha bir dəhşətli faciə – 2 uşaq öldü, yaralılar var

Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.
 "Report”a istinadən xəbər verilir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub.
İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində iki azyaşlı uşaq isə həlak olub. 6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər. 5 nəfər ağır bədən xəsarətləri alıb. 1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər